Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

620153

Ötən gün II və III ixtisas qrupları üzrə birinci cəhd blok imtahanının nəticələri açıqlandı. Cavablara əsasən, III qrupda 3 nəfər maksimum bal topladı. Qruplar üzrə ən yüksək ballar isə 688.9 və 690 oldu. Əvvəlki illərdən fərqli olaraq bu il hələ ki, 700 bal toplayan abituriyent yoxdur.

Bəs görəsən, maksimum balın olmaması ümumilikdə keçid ballarının aşağı düşməsinə səbəb ola bilərmi?

Bizim.Media xəbər verir ki, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev “lent.az”a açıqlamasında bildirib ki, hazırkı nəticələr keçid ballarının aşağı düşəcəyindən xəbər verir:

“II və III ixtisas qruplarının blok imtahanında 400 bal toplayan abituriyentlər olsa da, ümumi nəticələr arasından təəssüf ki, 700 bal çıxmadı. Bunun əsas səbəbi buraxılış imtahanı suallarının çətinliyi idi. Dövlət İmtahan Mərkəzi sualların nə qədər çətin olmadığını söyləsə də, reallıq onun əksini göstərir. İmtahan verən abituriyentlərin yalnız 11 nəfəri 300 bal toplamışdı.

Normal olaraq 700 balı həmin 11 abituriyentdən gözləyirdik. Əvvəlki son iki ilə 700 bal toplayanların olduğunu görürük. İndiki mənzərə isə heç xoş deyil. Hazırda II və III qrupların maksimum balları 688-690 aralığındadır. Bu rəqəmlər hər bir abituriyentin balının getdikcə aşağı düşəcəyindən xəbər verir. Yəni 500-400-300 bal toplayanların sayı da əvvəlki illərə görə daha az olacaq.

Bundan yola çıxaraq, onu deyə bilərik ki, birinci cəhd blok imtahanı nəticələrinə əsasən, ixtisasların keçid ballarında azalma olacaq. Yalnız ikinci cəhd blok imtahanı asan olarsa, o zaman ballarda dəyişiklik ola bilər. Hələlik proqnozlarımız isə balların aşağı düşməsindən yanadır.

Abituriyentlər ballarının gözlədiklərindən aşağı olduğunu, sınaqlarda daha yüksək nətiə göstərdiklərini qeyd edirlər. İkinci cəhd blok imtahanı bir az asanlaşdırılarsa, keçid ballarında müəyyən tənzimləmə olar.

Lakin təcrübələrə əsasən, onu deyə bilərəm ki, DİM hər il blok imtahanlarını aşağı-yuxarı eyni səviyyədə keçirir. Hazırkı ümumi mənzərə heç də ürəkaçan deyil. Çünki abituriyentin balı gözlədiyindən aşağı olanda istər-istəməz gərginlik keçirir, ruh düşkünlüyü keçirir, evdə-ailədə problemlər yaranır. Bunları nəzərə alaraq DİM nöbəti imtahanda sualları çətin salmamağa diqqət etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin