Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Hazırda oxunan: Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

620160

ABŞ və İsrailin iştirakı ilə İrana qarşı yönəlmiş silahlı münaqişəni, hətta Amerika və İran liderləri arasında memorandum imzalandıqdan sonra belə, başa çatmış hesab etmək olmaz. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron “France 2" telekanalının efirində bölüşüb.

"Düşünmürəm ki, bu münaqişənin nəhayət həll olunduğunu deyə bilərik", — deyə o, jurnalistin İran böhranının ilkin yekunlarını qiymətləndirmək barədə sualına cavab edib.
 

Eyni zamanda, Makron sazişin imzalanmasını alqışlayıb və bunun "G7 sammitinin son saatlarında əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, müqavilə Livana da şamil olunan atəşkəsi və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur.


"60 gün keçdikdən sonra biz nüvə proqramı və ballistik raketlərlə bağlı hansı addımların atılacağını və İranın həqiqətənmi əvvəlkindən daha az təhlükəli olub-olmadığını müəyyən etməli olacağıq", — deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin