Kremldən Melaniya Trampın dəvətinə reaksiya

Hazırda oxunan: Kremldən Melaniya Trampın dəvətinə reaksiya

645829

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Melaniya Trampın noyabrın 5-də keçiriləcək görüşündə kimin təmsil edəcəyinin hələ müəyyənləşmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bir sıra digər məsələlərə də toxunub.

O, Əbu-Dabidə keçiriləcək danışıqlarda Rusiyanın müxtəlif dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirak edəcəyini qeyd edib.
 

Peskov, həmçinin bildirib ki, Berlin Rusiya komandasının iştirakı səbəbindən xokkey üzrə dünya çempionatının Almaniyada keçirilməsindən imtina edərsə, turnir başqa ölkədə təşkil olunacaq.


Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində müəyyən formada ünsiyyət quracaqlarını da istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin