Yatmazdan əvvəl bu vərdişdən imtina edin

Hazırda oxunan: Yatmazdan əvvəl bu vərdişdən imtina edin

645800

Yatmazdan əvvəl telefon ekranına baxmaq yuxuya getməyi çətinləşdirir və onun keyfiyyətini azaldır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Harvard Tibb Məktəbinin tədqiqatçılarına görə, ekranlardan yayılan mavi işıq yuxunu tənzimləyən melatonin hormonunun ifrazını zəiflədir.

Harvard Universitetinin yuxu təbabəti professoru Dr. Çarlz Çeyzler bildirir ki, ekran işığı beyinə hələ gündüz olduğu siqnalını verir və yuxuya getmə müddətini uzadır.

Mütəxəssislərin sözlərinə görə, bu vərdiş gecə tez-tez oyanmağa, göz yorğunluğuna, diqqət dağınıqlığına və halsızlığa səbəb ola bilər.

Kaliforniya Universitetinin neyrobioloqu Dr. Metyu Uoker telefonu yataq otağından uzaq tutmağı yuxu keyfiyyətini yaxşılaşdıran ən təsirli addımlardan biri hesab edir.

Mütəxəssislər yatmazdan ən azı bir saat əvvəl ekranlardan istifadəni dayandırmağı tövsiyə edirlər.

Qəmər, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin