Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto

Hazırda oxunan: Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto

645828

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.
 

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hadisə zamanı həlak olan Elməddin Abışov və Rasət Ocaqverdiyevin əslən Bərdə rayonundan olduğu bildirilir.


Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto - foto 1
Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto - foto 2
Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto - foto 3
Rusiyada ağır qəza: İki azərbaycanlı öldü - Foto - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin