Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının 2027-ci il mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Bizim.Media xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 2-ci qrupunda mübarizə aparacaq.
Millimiz qrup mərhələsində Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları ev və səfər prinsipi ilə keçiriləcək. İlk iki turun matçları 2027-ci il fevralın 23-dən martın 6-dək, üçüncü və dördüncü turlar aprelin 13-dən 24-dək, son iki turun görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:09 / 03.11.2026
Millimizin rəqibləri bilindi
Hazırda oxunan: Millimizin rəqibləri bilindi
Hazırda oxunan: Millimizin rəqibləri bilindi
645814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































