KTMT Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid edir.
Bizim.Media xəbər verir ki, bunu təşkilatın baş katibi Taalaibek Masadıkov IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında davamlı dialoq münaqişə potensialının azalmasına və gələcəkdə əməkdaşlıq infrastrukturunun formalaşmasına töhfə verir.
“Azərbaycan və Ermənistan arasında davamlı dialoq toplanmış münaqişə potensialının azalmasına və perspektivdə əməkdaşlıq infrastrukturunun formalaşmasına kömək edir”, – deyə Masadıkov vurğulayıb.
Bizim.Media






























































































