Parisdəki türk məhəlləsində partlayış

Hazırda oxunan: Parisdəki türk məhəlləsində partlayış

34502
Parisdə əsasən türklərin yaşadığı məhəllədəki binalardan birində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Moderator.az-ın Türkiyə mətbuatına  istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtının Rued Enqhien küçəsində meydana gəlib. Mədəniyyət Mərkəzinin yaxınlığında yaşanan partlayışdan sonra xilasetmə qrupunun rəhbəri Erik Moulin hadisənin səbəbi haqqında mətbuata açıqlama verib:

“Binanın girişi avtomobillərin təmir qarajı olaraq istifadə edildiyindən, böyük ehtimalla hadisə oradakı benzin və ya qaz sızıntısından sonra baş verib”.

Əraziyə cəlb edilən xilasetmə işçiləri partlayışdan sonra dağıntılar altında qalanların olub-olmadığını araşdırır. Hadisə zamanı avtopark işçilərindən də zərər çəkənlərin olacağı güman edilir. Şahidlər bildiriblər ki, partlayış o qədər güclü olub ki, onlar sanki zəlzələ olduğunu zənn ediblər. 

Məlumata görə, ölənlərdən biri polşalı, o biri isə serbdir. Digərinin kimliyi hələlik məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin