Ermənistanda Azərbaycanın qarpızlarından qorxdular

Hazırda oxunan: Ermənistanda Azərbaycanın qarpızlarından qorxdular

236380
Ermənistanda sosial şəbəkələrdə guya yerli bazarlarda satışa çıxarılan Azərbaycan qarpızları ilə bağlı geniş müzakirələr gedir.
KİV-də son günlər erməni bazarlarında Azərbaycanda becərilmiş qarpızların böyük partiyasının satışa çıxarılması barədə xəbər yayılıb.xa0xa0

Bununla əlaqədar Ermənistanın ərzaq təhlükəsizliyi ilə məşğul müfəttişliyi Azərbaycan qarpızlarının bu ölkə ərazisinə gətirilmədiyi barədə bəyanat da verməli olub.

Məlumatda qeyd olunub ki, cari ilin iyul-avqust aylarında Ermənistana qarpız yalnız Gürcüstan və Rusiyadan gətirilib.xa0

Qeyd edək ki, əvvəllər Ermənistan mətbuatı Azərbaycan qarpızlarının bu ölkəyə Gürcüstan vasitəsilə gətirildiyini yazırdı.(Oxu.Az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin