Xəsarət alan iki şəxsin vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Xəsarət alan iki şəxsin vəziyyəti AÇIQLANDI

635085

Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 06.09.2026-cı il tarixində saat 01:10 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bədənin müxtəlif nahiyələrinin müştərək səthi travmaları və əzilmiş yaraları, sol bazu sümüyünün qəlpəli, yerdəyişmiş açıq sınığı, alın nahiyəsinin açıq yarası, döş qəfəsi və alın nahiyəsinin küt travması diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

2000-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

2002-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin