Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü BAŞLADI - VİDEO

Hazırda oxunan: Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü BAŞLADI - VİDEO

635010

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner ilə görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Putin danışıqlar başlamazdan əvvəl Uitkoff və Kuşnerlə əl sıxaraq salamlaşıb. Görüş Rusiya Prezidentinin Kremldəki Senat sarayında yerləşən Nümayəndəlik kabinetində keçirilir.

ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Uitkoff və Kuşner Moskvaya Ukraynadakı münaqişəyə son qoymaq üçün xüsusi təkliflər gətiriblər. ABŞ-nin xüsusi elçiləri Moskva səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin