"Neftçi" "Şəfa"ya böyük hesabla qalib gəldi

Hazırda oxunan: "Neftçi" "Şəfa"ya böyük hesabla qalib gəldi

635025

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Neftçi" öz meydanında "Şəfa" komandasını qəbul edib.

Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Andrey Şkribek dubl edib, digər qollara Rüfət Abbasov və Breno De Almeyda Mello Santana imza atıblar. Qonaqların yeganə qolunu isə Murad Musayev vurub.

Bu qələbə ilə xallarını 9-a çatdıran "Neftçi" liderliyi ələ keçirib. Eyni xala malik "Sabah" və "Zirə" növbəti pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" Gəncədə "Kəpəz"ə 4:1, "Sabah" isə "Zirə"yə 5:0 hesabı ilə qalib gəlib.

Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin