Ağ Evdən Uitkofun Moskvada qoyub getdiyi sikkə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ağ Evdən Uitkofun Moskvada qoyub getdiyi sikkə ilə bağlı AÇIQLAMA

635037

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkofun Moskvadakı restoranda qoyub getdiyi sikkə sərbəst satışda yoxdur, bu, şəxsi xatirə əşyasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin yaxınlığındakı suvenir mağazasından "RİA Novosti"yə deyiblər:
 

"Bu, xidmətlərin tanınması və ya əlamətdar hadisələrin şərəfinə təqdim edilən xatirə medalına bənzəyir. Satışda belə bir şey yoxdur. Çeşiddə prezident Harri Trumenin şərəfinə xatirə sikkələri, Ağ Evin özünə və ya birinci şəxslərin hərəkət etdiyi nəqliyyat vasitələrinə həsr olunmuş medallar mövcuddur”.


Mənbə izah edib ki, xatirə sikkəsi və ya medalı ənənəsi (challenge coin) silahlı qüvvələrdə yaranıb, onlar hər hansı bölməyə mənsubiyyət nişanı kimi və ya xatirə tədbirləri şərəfinə təqdim olunurdu.

Mağazadan dəqiqləşdiriblər ki, Uitkofun qoyub getdiyi medal heç vaxt mağazanın çeşidində olmayıb.

Rezidensiyanın yanındakı küçədə yerləşən Ağ Evin Tarixi Assosiasiyasının mağazasında da oxşar suvenir tapılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin