Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff ilə Cared Kuşner Kremldəki rəsmi danışıqlardan əvvəl işgüzar naharda 3,5 saat vaxt keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Diplomatların işgüzar naharı Moskvanın mərkəzindəki restoranlardan birində baş tutub. Moskva vaxtı ilə təxminən saat 19:00-da onlar restorandan çıxaraq avtomobillərlə Kremlə yollanıblar.
5 sentyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin amerikalı nümayəndələri qəbul edəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Uitkoff və Kuşner Moskvaya Ukraynadakı münaqişəni dayandırmaq üçün yeni təkliflər gətiriblər. Moskva səfərindən sonra xüsusi elçilər Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.
Bizim.Media





































































































