Ağdamda minaya düşən şəxs Gəncədə xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Ağdamda minaya düşən şəxs Gəncədə xəstəxanaya yerləşdirildi

635088

Ağdam rayonunda minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktorla minaya düşən Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlu Gəncənin Abbas Səhhət adına xəstəxanasına hospitalizasiya olunub. Onun sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.

Gəncə Birləşmiş Xəstəxanadan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 1972-ci il təvəllüdlü şəxs (kişi) 06.09.2026-cı il tarixində saat 05:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir" deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin