Amerikalıların Moskvadan gedişindən dərhal sonra dronlar işə düşdü - VİDEO

Hazırda oxunan: Amerikalıların Moskvadan gedişindən dərhal sonra dronlar işə düşdü - VİDEO

635041

Amerikalıların Moskvadan gedişindən dərhal sonra Rusiya Federasiyasının mərkəzi hissəsindəki ən iri zavodlardan biri olan və layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edən Ryazan Neft Emalı Zavoduna dronla hücum edilib.

Bizim.Media xəbər verir ki, bundan əlavə, partlayış səsləri "Ozon" anbarının rayonunda da eşidilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner ilə görüşüb.
 

3 saatdan çox davam edən görüş başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri Kremldən yola düşüb.


Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin