FAKTİKİ HAVA: Bu ərazilərdə 37 dərəcə isti olub

Hazırda oxunan: FAKTİKİ HAVA: Bu ərazilərdə 37 dərəcə isti olub

635054

Sentyabrın 6-sı saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
 

Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Şəki, Şirvan və Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ və Ağdamda 1 mm-dək qeydə alınıb.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 37, aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin