Rusiya ordusu Ukraynanın ÜDM-nin 70%-ni formalaşdıran sektora zərbə endirir. Söhbət ticarət və xidmət sektorundan gedir.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı Aleksey Küş danışıb.
Onun sözlərinə görə, bu sahələrin payına iş yerlərinin 70%-dən çoxu və vergi daxilolmalarının demək olar ki, 80%-i düşür.
Energetika sektoru zərbələrdən sonra nisbətən sürətli bərpa mexanizmlərini mənimsəsə də, logistika və nəqliyyat infrastrukturu üçün belə mexanizmlər mövcud deyil.
Buna görə də cari hücumların nəticələri dərhal deyil, qarşıdakı aylarda getdikcə daha çox hiss oluna bilər.
Küş hesab edir ki, bu vəziyyət artıq dördüncü rübdə ÜDM-ə, iş yerlərinə və vergi daxilolmalarına mənfi təsir göstərəcək, iqtisadiyyatın müəyyən hissəsi isə kölgəyə çəkilə bilər. Son irimiqyaslı hücumların biznesə vurduğu zərbənin effekti hələ sentyabr ayının yekunlarına əsasən nəzərə çarpacaq.
Bizim.Media



































































































