Məşhur teleaparıcı ölüm hökmünə məhkum edildi

Hazırda oxunan: Məşhur teleaparıcı ölüm hökmünə məhkum edildi

635044

Misir məhkəməsi teleaparıcı Sara Xəlifəni və digər 11 nəfəri sintetik narkotiklərin istehsalı və satışı işi üzrə ölüm hökmünə məhkum edib.

Bizim.Media xəbər verir ki, Yeni Qahirənin cinayət işləri üzrə məhkəməsində keçirilən prosesdə daha 9 nəfər ömürlük həbs və cərimə cəzası alıb, 6 nəfər isə bəraət qazanıb.
 

İstintaqın məlumatına görə, Xəlifə xammalın alınması, istehsalı, saxlanılması və qadağan olunmuş maddələrin yayılması ilə məşğul olan mütəşəkkil qrupun tərkibində olub.


Hüquq-mühafizə orqanları 750 kiloqramdan çox narkotik vasitə və komponent, həmçinin avadanlıqlar, avtomobillər, telefonlar və pul vəsaitləri müsadirə ediblər.

2025-ci ilin aprelində saxlanılan 39 yaşlı Sara Xəlifə təhlükəsizlik və kriminal mövzularına həsr olunmuş "Mission Impossible" ("Mümkün olmayan missiya") proqramı ilə tanınıb. O, televiziya fəaliyyəti ilə yanaşı, plastik cərrahiyyə klinikasına və prodüser mərkəzinə də sahib olub. Narkotik işindən əlavə, o, adam oğurluğu epizoduna görə də beş il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin