ABŞ prezidenti öz şərəfinə ucaldılacaq abidəni, ehtimal ki, şəxsən özünün quraşdırmalı olacağını bildirib, çünki vəzifəsindən gedəndən sonra heç kim bu təşəbbüslə çıxış etməyəcək.
Bizim.Media xəbər verir ki, daha əvvəl senator Con Ossoff Trampın öz şərəfinə abidələr ucaltdığını, çünki onun səlahiyyət müddəti bitdikdən sonra heç kimin belə bir təşəbbüs göstərməyəcəyini ehtimal etmişdi.
ABŞ lideri "New York Magazine" nəşrinə açıqlamasında "Bu doğrudur. Mən gedəndən sonra heç kim bunu etməyəcək" deyərək bu fikri təsdiqləyib.
Onun sözlərinə görə, Ağ Evdə aparılan tikinti və yenidənqurma işləri ona gündəlik vəzifələrdən yayınıb dincəlməyə kömək edir.
Mənbələrin məlumatına görə, prezident son vaxtlar yaddaşlarda hansı izlərlə qalacağı haqqında daha çox düşünməyə başlayıb. Administrasiyada onun Şərqi qanadının bir hissəsinin sökülməsi ilə yeni zalların tikintisi kimi bir sıra təşəbbüslərini də məhz bu amillə əlaqələndirirlər.
Bizim.Media








































































































