Dominikan Respublikasından olan gözəlçə "Miss Dünya 2026" seçildi - VİDEO

Hazırda oxunan: Dominikan Respublikasından olan gözəlçə "Miss Dünya 2026" seçildi - VİDEO

635077

Sentyabrın 5-də axşam saatlarında Vyetnamın Kxanh-Xoa vilayətində 73-cü "Miss Dünya" müsabiqəsinin böyük finalı baş tutub.

Bizim.Media xəbər verir ki, 111 ölkənin nümayəndəsinin mübarizə apardığı mötəbər yarışmanın qalibi Dominikan Respublikasını təmsil edən Coherry Mola Dominqes olub.

Müsabiqənin 75 illik yubileyinə təsadüf edən final şousunda iştirakçılar əvvəlcə Top-40, Top-20, Top-12 və nəhayət Top-6 mərhələləri üzrə mübarizə aparıblar.

Finalçılar – Eritreya, Malayziya, Vyetnam, Dominikan Respublikası, İspaniya və Cənubi Afrika – hakimlərin suallarını cavablandırıblar.
 

Gərgin mübarizənin nəticəsinə əsasən, Malayziya təmsilçisi ikinci, İspaniya təmsilçisi isə birinci vitse-miss adını qazanıb. Tacı qalibə ötən ilin "Miss Dünya"sı Opal Suçata Çuangsri təqdim edib.


Tədbir zamanı həmçinin 74-cü "Miss Dünya" müsabiqəsinin 2027-ci ildə Tanzaniyada keçiriləcəyi elan olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin