Türkiyəli müğənni Tuğba Ekinçi saxlanıldı

Hazırda oxunan: Türkiyəli müğənni Tuğba Ekinçi saxlanıldı

635011

Türkiyədə müğənni Tuğba Ekinçi saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Kızılcahamam Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Tuğba Ekinçinin də daxil olduğu 5 şübhəli saxlanılıb.

İstintaq zamanı şübhəlilərin sosial media platformaları üzərindən ödəniş qarşılığında ədəbsiz məzmunlu materiallar paylaşdıqları müəyyən edilib.

Daha bir şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin