XƏBƏRDARLIQ: Leysan olacaq, şimşək çaxacaq

Hazırda oxunan: XƏBƏRDARLIQ: Leysan olacaq, şimşək çaxacaq

635074

Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam isə 26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam saatlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
 

Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 18-23°, gündüz 30-34° isti olacaq. Dağlarda gecə 12-17°, gündüz isə 18-23° isti təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin