Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)
Bizim.Media








































































































