Trampın reytinqi rekord minimuma düşdü

Hazırda oxunan: Trampın reytinqi rekord minimuma düşdü

635069

ABŞ prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin sayı 33%-ə enib, bir ay əvvəl isə bu göstərici 35% təşkil edirdi. Hətta respublikaçılar arasında da onun dəstəyi 72%-ə qədər zəifləyib ki, bu da "FT" sorğularında antireкорд olub.

Bizim.Media xəbər verir ki, bundan əlavə, amerikalıların 57%-i onun dövründə maliyyə baxımından özlərini daha pis hiss etdiklərini bildiriblər, təxminən üçdə ikisi isə ABŞ iqtisadiyyatının səhv istiqamətdə hərəkət etdiyini düşünür.

Bu fonda seçicilərin 46%-i hesab edir ki, Tramp respublikaçıların Konqresə seçkilərdə qələbə qazanmasına mane olur.

Müstəqil seçicilər arasında isə (özünü nə respublikaçı, nə də demokrat hesab edənlər) 47%-i Trampın dəstəyinin onları respublikaçı namizəddən daha çox uzaqlaşdıracağını bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin