Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 6-da saat 08 radələrində qəza nəticəsində xəsarət alan 2 yeniyetmə (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
2010-cu il təvəllüdlü yeniyetmənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
2013-cü il təvəllüdlü yeniyetmənin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Bizim.Media




































































































