Şəhid anası: “Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir”

Hazırda oxunan: Şəhid anası: “Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir”

635005

Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”a açıqlamasında şəhid Elmar Nəsibovun anası Sürəyya Nəsibova deyib.

O bildirib ki, Şuşanın hər bir qarışında, həmin daşlarda, qayalarda şəhidlərimizin qanı var.
 

“O qayalara, daşlara ad yazmaqla nə dəyişəcək? Mən əlbəttə, bunun yalnış olduğunu düşünürəm. O torpaqlar şəhidlərimizin qanı, canı bahasına azad edilib. Belə hallar qəbuledilməzdir”, - deyə o əlavə edib.


Qeyd edək ki, ötən günlərdə sosial şəbəkə platformalarında Şuşa şəhərinə gələn turistlərin qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurması ilə bağlı görüntülər paylaşılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin