Nepalda dəhşətli daşqından 10 gün sonra bir nəfər sağ tapıldı - FOTO

Hazırda oxunan: Nepalda dəhşətli daşqından 10 gün sonra bir nəfər sağ tapıldı - FOTO

635040

Avqustun 26-da baş vermiş buzlaq uçqunu və ardınca gələn daşqın nəticəsində Nepalda su-elektrik stansiyasının 225 metrlik tunelində köməksiz qalan Çin vətəndaşı Lu Haytao xilas edilib.

Bizim.Media xəbər verir ki, tuneldə on gün keçirməsinə baxmayaraq, kişinin bədənində görünən heç bir xəsarət aşkar olunmayıb.

Həkimlər yalnız yüngül soyuqdəymə diaqnozu qoyublar. O, vertolyotla hərbi hospitelə çatdırılıb.
 

Lu tunellərdən sağ çıxarılan üçüncü şəxs olub. Xilasedicilər ehtimal edirlər ki, hələ də təxminən 900 nəfər yeraltında qala bilər.


Nepaldakı fəlakət nəticəsində həlak olanların sayı artıq 1300-ü ötüb, təxminən 4900 nəfər isə itkin düşmüş hesab olunur. (Reuters)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin