Ukraynada qadınlar da sərhəd dəstələrinə qatılır

Hazırda oxunan: Ukraynada qadınlar da sərhəd dəstələrinə qatılır

635042

Ukrayna Silahlı Qüvvələri sərhəd dəstələrinin hücum qruplarının komplektləşdirilməsinə qadınları da cəlb etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbələrə istinadən TАСС məlumat yayıb.

Agentliyin həmsöhbətinin məlumatına görə, belə hallar Xarkov istiqamətində qeydə alınıb.

Komandanlıq hücum əməliyyatlarında iştirak edən bölmələri gücləndirmək üçün mövcud ehtiyatlardan istifadə edir.
 

Mənbə qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstələrinin müdafiə mövqelərinə hücuma göndərilən kişiləri əvəz edən qadın hərbi qulluqçuların gəlməsi halları qeydə alınıb.


Son vaxtlar Ukraynada və Qərbdə qadınların hərbi xidmətdə iştirakının genişləndirilməsi məsələsi müzakirə olunur. Daha əvvəl yerli mənbələr Ukraynada tibb işçiləri və əczaçıları əhatə edən gizli qadın səfərbərliyinin həyata keçirildiyini bildirmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin