Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub.
Bizim.Media xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək.
Məlumata görə, toy mərasimində incəsənət, biznes və media dünyasından təxminən 500 nəfərin iştirakı gözlənilir.
Mustafa Sarıgülün oğlu Emir Sarıgül 2008-ci ildə Fatoş Altınbaşla ailə qurub. Onların evliliyi 2019-cu ildə boşanma ilə başa çatıb. Sibel Can isə üçüncü dəfə ailə qurmağa hazırlaşır.
Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir. Emir Sarıgül Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Murtafa Sarıgülün oğludur.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:54 / 05.09.2026
Sibel Canın toy tarixi bəlli oldu
Hazırda oxunan: Sibel Canın toy tarixi bəlli oldu
Hazırda oxunan: Sibel Canın toy tarixi bəlli oldu
635013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































