Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - ÖZƏL

Hazırda oxunan: Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - ÖZƏL

635032

Gecə saatlarında, saat 00:20 radələrində Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, Quba rayon sakini, 24 yaşlı  Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.

Qəza zamanı sürücü və sərnişini  — 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Digər sərnişin 26 yaşlı  Sənan Samir oğlu Ramazanov aldığı xəsarətlərdən hadisə yerindəcə  ölüb.

Faktı Quba rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin