ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinə amerikalı lider Donald Trampın ən xoş arzularını çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Uitkoff Putinlə görüşün əvvəlində:
"Prezident Tramp sizə özünün ən xoş arzularını çatdırmağımı xahiş etdi", — deyə bildirib.
Qeyd edək ki, ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Rusiyaya səfər ediblər.
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, onlar Moskvaya Ukraynadakı münaqişəyə son qoymaq üçün xüsusi təkliflər gətiriblər. ABŞ-nin xüsusi elçiləri Moskva səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.
Bizim.Media







































































































