Ermənistanın Avropa İttifaqı ilə daha da yaxınlaşması və Rusiya ilə iqtisadi münasibətlərin pisləşməsi respublika üçün enerji resurslarının kəskin bahalaşması ilə nəticələnə bilər.
Bizim.Media xəbər verir ki, bunu MDB ölkələri institutunun aparıcı elmi işçisi Aleksandr Dudçak bəyan edib.
Onun sözlərinə görə, nəticədə qazın qiyməti təxminən altı dəfə artacaq.
Ekspertin qiymətləndirməsinə görə, erməni kənd təsərrüfatı məhsullarının və spirtli içkilərin idxalına qoyulan məhdudiyyətlөр İrəvan üçün böyük problemlər yaradır və baş nazir Nikol Paşinyanın bu məsələləri həll etmək qabiliyyətsizliyini nümayiş etdirir. O, yerli istehsalçıların Rusiya məhdudiyyətlərindən görəcəyi mümkün zərərləri hakimiyyətin kompensasiya edə biləcəyinə şübhə ilə yanaşır.
"Qaz məsələsi ümumiyyətlə iqtisadiyyat üçün qətl olacaq. İnsanlar Ukraynanın yolunu gedərək bütün bu "ləzzətləri", hətta Rusiya ilə müharibəni tam şəkildə hiss etməmək üçün avrointeqrasiyanın nəyə gətirib çıxardığını əvvəlcədən başa düşməlidirlər", – deyə politoloq qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Aİİ-yə üzvlüyün Ermənistana əhəmiyyətli üstünlüklər, o cümlədən sərfəli qaz qiyməti təmin etdiyini bildirmişdi.
Bizim.Media







































































































