Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı kuryoz hadisə baş verib. İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçlə öpüşüb-görüşəndən sonra, protokola uyğun olaraq, prezidentlər fəxri qarovul rəisinin raportunu qəbul ediblər. Əlindəki sıyrılmış qılıncla prezidentlərə yaxınlaşan zabit Əliyevlə Yanukoviçə hərbi salam verərkən sağ əli ilə başındakı furajkanı salıb və furajka onun sol əlindəki qılıncın qınına keçib. Bu gülməli epizod zamanı Ukrayna prezidenti təbəssümünü gizlədə bilməyib, ancaq İ.Əliyev özünü elə aparıb ki, sanki bu hərəkət protokolun tərkib hissəsidir.
Bir neçə dəqiqədən sonrakı görüntülərdə isə V.Yanukoviçin bu hadisədən pərt olduğu hiss olunur.
Aşağıda həmin hadisənin videogörüntülərinə baxa bilərsiniz.
musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.