Rəsul Quliyev: “Həbs olunmamışam”

Hazırda oxunan: Rəsul Quliyev: “Həbs olunmamışam”

36430

Bu gün bəzi saytlarda eks-spiker Rəsul Quliyevin həbs olunması haqqında xəbər verilib. 

Rəsul Quliyevsə Moderator.az-a verdiyi açıqlamada bu məlumatı təkzib edib: "Kimlərsə mənimlə əlaqədar Facebook-da yalan məlumatlar yayıb. Bu biz azərbaycanlılara xas olan neqativ xasiyyətlərdən biridir. Həvəsim olsa o yalançı xəbərləri yayanları məhkəməyə verib ən azı Facebook-dan şər böhtan kimi istifadə etməkdən uzaqlaşdıracağam". 


Rəsul Quliyev deyib ki, normal adamlar bu xəbərin yalan olduğunu dərhal anlayır: "Bu gün facebookda milyonlarla həqiqətə uyğun olmayan xeyli 'xəbərlər' yayılır. Normal olaraq ciddi adamlar xəbərin saxta olduğunu o dəqiqə anlayır".

Xatırladaq ki, yayılan xəbərlərdə Rəsul Quliyevin ABŞ-da xüsusi əməliyyat nəticəsində həbs edildiyi yazılıb. Qeyd edilib ki, xüsusi əməliyyat noyabrın 6-da saat 23.00 radələrində həyata keçirilib və həbsin səbəbi barədə heç bir məlumat verilmir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin