Türkiyə mediası yenə də Hadisənin Gəncə səfərindən yazdı

Hazırda oxunan: Türkiyə mediası yenə də Hadisənin Gəncə səfərindən yazdı

46408
Hadisənin Gəncə şəhərində keçirilən mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak etməsi yenidən Türkiyə mətbuatında gündəmə gəlib. 


Moderator.az-ın məlumatına görə, “Günaydın” qəzeti “Hadisənin təvazökarlığı ilə azəri pərəstişkarlarını təəccübləndirdi” başlığı ilə müğənninin səfərini yenidən işıqlandırıb: 

“Hadise keçdiyimiz günlərdə Azərbaycanın Gəncə şəhərində pərəstişkarlarıyla görüşdü. Məşhur popçunun Gəncəyə getmək üçün tələb etdikləri azəri mətbuatında əks olunmuşdu. Hadisənin təvazökar istəkləri hər kəsi təəccübləndirdi. 30 nəfərlik bir qrupla Azərbaycana gedən müğənni beş ulduzlu bir oteldə qalmaq istəyib. Hadisənin bir digər tələbi isə 30 nəfərlik qrupuyla birlikdə Gəncəni bir bələdçi ilə gəzmək olub”. 

Qeyd edək ki, Türkiyə mətbuatı konsertdən öncə  ifaçının bir saat üçün 300 min lirə (112.500 manat) tələb etdiyini yazmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin