Eldəniz Quliyev Vidadi İsgəndərlinin ürəyindən xəbər verib...

Hazırda oxunan: Eldəniz Quliyev Vidadi İsgəndərlinin ürəyindən xəbər verib...

40127

 Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-a növbəti yazısını göndərib. Vidadi bəy də Eldəniz Quliyev kimi hesab edir ki, Milli Şuranı xilas etmək üçün bu qurumu siyasi partiyaların təsirindən çıxarmaq lazımdır:

“Mən Eldəniz Quliyevin”Milli Şuranı partiyaların təsirindən xilas etmək lazımdır”  fikiriylə tam raziyam. 20 illik mübarizə göstərdi ki, partiyaların siyasi birliyi avtoritar rejimdə hakimiyyətə gəlmək üçün yetərli deyil. Nə də heç vaxt siyasi partiyaların səmimi birliyi alınmır. Bu gün siyasi partiyalarda fanatlaşmış bir qrup gənclər var onlar da mütəşəkkil deyil. Hərəsi öz partiya sədrini millətin lideri görmək istəyir. Burdan da siyasi qısqanclıqlar, xəyanətlər, siyasi dələduzluqlar baş verir. Azərbaycanda xalq hərakatı başlanmasa mübarizə boş şeydi. Bu gün bir partiya lideri gənclərin problemlərindən siyasi alver edib onları fanatlaşdıraraq öz tərəfinə çəkə bilər. Ancaq bu da mübarizə üşün yetərli deyil.Düzdür, istər Müsavat Partiyasında, istər AXCP, istər KXCP və digər partiyalarda 10 illərdi qəhramancasına mübarizə aparan, sözün əsl mənasında qəhrəman bacı və qardaşlarımız var. Ancaq siyasət reallıqdı, bu gün şahidi oluruq ki,bəzən həmin qardaşlar biri-birlərinə qarşı düşmən münasibət bəsləyir. Nəticədə  bu mübariz insanlar və onların partiyaları xalqın gözündən düşür. Bu davanı hakimiyyət ,pul,var dövlət uğrunda mübarizə kimi qəbul edir.Siyasi tərbiyəsizlik o həddə çatır ki,biri 15 sutka cəza alıb sonra millətin sərvəti olan ziyalılara dərs keçməyə başlayır. Azərbaycan siyasəti,münasibətlər,insanlar dəyişməlidir.Əks halda biz 100 illərlə özümüzü millətə və hakimiyyətə güldürəcəyik.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin