Cümşüd Nuriyev: “MTN-çilərimiz bizə dedi ki, Rəhim Qazıyev ikinci mərtəbədə...”

Hazırda oxunan: Cümşüd Nuriyev: “MTN-çilərimiz bizə dedi ki, Rəhim Qazıyev ikinci mərtəbədə...”

36453

Moderator.az-a açıqlama verən keçmiş müdafiə naziri Rəhim Qazıyev 1993-cü ilin aprelin 9-da Soçidə Rusiyanın müdafiə naziri Pavel Qraçovun təşəbbüsüylə Ermənistan rəhbərliyi ilə keçirilən məhşur görüş barədə bir sıra maraqlı məqamları xatırladıb. R.Qazıyevin sözlərinə görə, onunla birlikdə Soçiyə gedən nümayəndə heyətində yer almış millət vəkili  Cümşüd Nuriyev sonralar onun barəsində ictimaiyyəti çaşdıran yalan məlumtlar yayıb. Keçmiş nazir iddia edib ki, C. Nuriyev o həbs olunduqdan sonra televiziyaların birində çıxış edərək guya Rəhim Qazıyevin Soçidəki görüş zamanı ermənilərlə yeyib içdiyini görüb.

Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev o dövrdə televiziyada dediklərini bir daha təsdiqlədi:

“Mən Soçiyə Rəhim Qazıyevlə birgə səfər etmişəm. Abbas Abbasov mənə zəng edərək Soçiyə səfər etmək üçün 2 deputat lazım olduğunu dedi.  Mən də Şahəddin Əliyevə bu barədə xəbər verdim. Rəhim Qazıyev, Abbas Abbasov,  Şahəddin Əliyevlə  və mən birgə Rusiyaya  uçduq. Həmin dövrdə Qarabağ uşaqları Rəhim Qazıyevi bərk döymüşdülər, ona görə də o, Qraçovla görüşə gedə bilməmişdi."

Eks-deputat daha sonra Soçi görüşü barədə maraqlı faktlar danışdı:

“Biz Soçidə prezidentin iqamətgahının 1-ci mərtəbəsində idik. Onu da deyim ki, bizi səfər zamanı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da müşayət edirdi. MTN-çilərimiz bizə yaxınlaşaraq dedilər ki, Rəhim Qazıyev 2 ci mərtəbədə Ermənistanın müdafiə naziri ilə səmimi formada qucaqlaşıb öpüşüblər. Bu dəqiq informasiyadır. Azərbaycandan gədən hər kəs orda nəzarətdə idi. Mənim Rəhim Qazıyevlə heç bir düşmənçiliyim yoxdur, sadəcə olaraq olan şeyi deyirəm. Görüşdə həmçinin Rusiyanın Azərbaycanda həmin dövrdə səfiri olan Valter Şoniya da iştirak edirdi. O, İsgəndər Həmidovun Azərbaycan daxili işlər naziri vəzifəsindən azad olunmasını tələb edirdi."

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin