Milli
Məclisin deputatlarından Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev
Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika
və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM
PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də
Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın
26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar.
Moderator.az xəbər verir ki, deputatlarımız öncə seçkilərə hazırlığın
səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif
məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki
prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.






































































































