Sərdar Cəlaloğlu: "Azərbaycan ya inqilabı, ya da islahatları seçməlidir"

Hazırda oxunan: Sərdar Cəlaloğlu: "Azərbaycan ya inqilabı, ya da islahatları seçməlidir"

35522

 “Azərbaycandakı mövcud situasiyanın seçkilərlə dəyişdirilməsi perspektivi yoxdur”. Bu sözləri Moderator.az saytına ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun fikrincə, belə olduğu təqdirdə Azərbaycanın qarşısında sadəcə iki yol qalır ki, onlardan biri inqilabi, digəri isə islahatlar yoludur: “Bu zaman qarşımızda iki yol qalır. Inqilabi yol və bir də islahatlar yolu. Əgər Azərbaycan iqtidarı dərhal islahatlara başlamasa, bu islahatlar daxili və beynəlxalq aləmdə bizə qarşı olan mövcud situasiyanın dəyişilməsinə səbəb olmasa, Azərbaycanı çox ciddi fəlakət gözləyir. Daxili və xarici şərtləri nəzərə alsaq, iqtidar məsuliyyət hiss edib bu addımları atmalıdır”.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin