İsrail ordusu Cdeyde-Mərcəyyun şəhərində Livan ordusunun milliyətcə erməni olan hərbçisi Patrik Andranik Bəkaryanı saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Livanın “Al Markazia” informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Bəkaryan şəhərə sevgilisini görmək üçün gəlib. Onun azad olunması istiqamətində səylərin göstərildiyi qeyd olunur.
Hərbi mənbə isə təsdiqləyib ki, o, üç gün əvvəl itkin düşüb.
Hazırda onun taleyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Bizim.Media































































































