Almaniya miqrantların sayına görə Aİ-də liderdir

Hazırda oxunan: Almaniya miqrantların sayına görə Aİ-də liderdir

608630

Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan immiqrantların sayı 2025-ci ildə rekord həddə - 64,2 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 2,1 milyon artım deməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Berlin Regional Universitetinin Miqrasiya Tədqiqatları və Təhlili Mərkəzinin çərşənbə günü dərc etdiyi hesabatda bildirilir.
 

Hesabata görə, Almaniya Aİ-də ən böyük miqrant əhaliyə malik olan ölkədir və onların sayı təxminən 18 milyon nəfərdir. Miqrantların 72 faizi əməkqabiliyyətli yaşdadır. İspaniyada ən sürətli artım müşahidə olunub. Krallıqdakı əcnəbilərin sayı təxminən 700 min nəfər artaraq 9,5 milyona çatıb.


Hesabatın müəlliflərindən biri olan Tommaso Frattini bildirib: “Almaniya həm mütləq baxımdan, həm də böyük ölçüdə əhalisinin sayına görə Avropada miqrantlar üçün əsas təyinat yeri olaraq qalır”.

Tədqiqat nəticəsində məlum olub ki, Aİ ölkələri daxilində miqrasiya axınları qeyri-bərabərdir, Lüksemburq, Malta və Kipr əhali sayına nisbətdə daha yüksək miqrasiya səviyyəsi ilə üzləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin