Maykl Ceksonun qardaşı oğlu: Əmim heç vaxt ağdərili olmaq istəməyib

Hazırda oxunan: Maykl Ceksonun qardaşı oğlu: Əmim heç vaxt ağdərili olmaq istəməyib

608671

Cəfər Cekson əfsanəvi əmisi Maykl Ceksonun xarici görünüşü ətrafında illərlə dolaşan söz-söhbətlərə münasibət bildirib və onu müdafiə edib.

Cermeyn Ceksonun 29 yaşlı oğlu əmisinin obrazını ABŞ-da premyerası aprelin 24-də keçiriləcək “Michael” adlı musiqili bioqrafik filmdə canlandırıb.

Bizim.Media xəbər verir ki, o, Los-Ancelesdə qırmızı xalçada jurnalistlərə açıqlamasında Maykl Ceksonla bağlı ən ağrılı yanlış təsəvvürdən danışıb.

Cəfərin sözlərinə görə, ən böyük mif Maykl Ceksonun guya “ağdərili olmaq istəməsi” barədə iddiadır.
 

“Bu, çox böyük yanlış təsəvvürdür. Film həqiqəti anlamağa kömək edir - onun həyatında vitiliqonun mühüm rolu olub”, - deyə o bildirib.


Söhbət dərinin piqmentini itirməsi və daha açıq rəng alması ilə müşayiət olunan vitiliqo xəstəliyindən gedir. Aktyorun sözlərinə görə, müğənni bu problemlə erkən yaşlarından üzləşib, lakin çoxları onun hansı çətinliklərdən keçdiyini anlamayıb.

Maykl Cekson sağlığında da diaqnozunu açıq şəkildə etiraf edib. Daha sonra tibbi sənədlər də bunu təsdiqləyib. Belə ki, meyitin yarılması ilə bağlı hesabatda dərinin müxtəlif piqmentasiyaya malik sahələri qeyd olunub, vitiliqo isə xəstəlik tarixçəsində göstərilib.

Məlumata görə, sənətçi bu xəstəliyin müalicəsində istifadə olunan və rəsmi şəkildə təsdiqlənmiş Benoquin 20% kremindən də yararlanıb, həmçinin başqa müalicə üsullarını da sınaqdan keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin