Şəkidə "KamAz" yaşlı qadını vuraraq öldürdü

Hazırda oxunan: Şəkidə "KamAz" yaşlı qadını vuraraq öldürdü

608594

Bu gün saat 09 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, sürücü Tərlan Siracəddinov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin