Dünən metroda xəsarət alan şəxslərin FOTOSU

Hazırda oxunan: Dünən metroda xəsarət alan şəxslərin FOTOSU

608654

Bakı Metropolitenin rəisi Vüsal Aslanov ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib – RƏSMİ


Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Həmçinin bildirilib ki, texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub.
 

“Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır”, - məlumatda deyilir.


Xatırladaq ki, ötən gün “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranmış və sərnişinlərin təxliyəsi həyata keçirilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin