Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

Hazırda oxunan: Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

608609

İtaliyanın Baş naziri Corciya Meloni rusiyalı teleaparıcı Vladimir Solovyovun təhqirlərinə cavab verib.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində paylaşım edib.
 

“Təbiətcə rejimin çalışqan təbliğatçısının nə ardıcıllıq, nə də azadlıq dərsi verməyə haqqı var. Amma bu karikaturalar kursumuzu dəyişməyə vadar etməyəcək. Başqalarından fərqli olaraq, biz heç kimdən asılı deyilik, ağamız yoxdur və əmr qəbul etmirik. Bizim yalnız bir istiqamətimiz var: İtaliyanın maraqları. Biz dünyanın hər yerindən olan təbliğatçıların etirazlarına baxmayaraq, bunu qürurla izləyəcəyik”, - o bildirib.


Qeyd edək ki, Solovyov öz verilişində İtaliya Baş naziri haqqında təhqiramiz fikirlər səsləndirmişdi. Bu səbəbdən Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya XİN-ə çağırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin