Dünyanın ən bahalı evini bu şəxs ALDI

Hazırda oxunan: Dünyanın ən bahalı evini bu şəxs ALDI

608689

Ukraynanın ən varlı iş adamı Rinat Axmetov Monakoda rekord məbləğdə 554 milyon dollara mənzil alıb.

Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, iş adamı əmlakı əslində 2024-cü ildə alıb, lakin məlumat indi verilib.
 

Bu, tarixin ən bahalı daşınmaz əmlak əməliyyatıdır. Beşmərtəbəli mənzil Monakoda, Aralıq dənizi sahilində yerləşən nüfuzlu yaşayış kompleksində yerləşir.


2500 kvadratmetrdən çox sahəni əhatə edən mənzil 21 otağa bölünüb və dənizə baxan bir neçə eyvan və terraslara malikdir. Həmçinin üzgüçülük hovuzu və səkkiz dayanacaq yeri var.

Qeyd edək ki, keçmiş deputat Forbes jurnalının ən zənginlər reytinqində yer almış yeddi ukraynalıdan biridir. 2026-cı ilin mart ayına olan məlumata görə, onun xalis sərvəti 7,8 milyard dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin