"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir".
Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanın çətin olduğunu təsdiqləyib:
"Nəticələrdə ötən illə müqayisədə ciddi bir azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə buraxılış imtahanının I zonası üzrə 23 nəfər maksimal bal toplamışdı. Bu il isə bu rəqəm 2 nəfərdir. Müqayisə etdikdə, aradakı fərq ciddi şəkildə görünür. Bu, buraxılış imtahanının bu il ötən ilə nisbətən çətin olduğunu göstərir.
Martın 15-dəki imtahandan isə 2-3 nəfər 300 balı toplaya bilər. Bu isə ümumilikdə 5 edir, ötən il isə 45 nəfər maksimium balı toplayıb".
Bəs bu nəticələr keçid ballarına necə təsir edəcək?
"Əgər blok imtahanı ötən ilki kimi olsa belə, buraxılışın çətinliyi ballararın aşağı enməsinə təsir göstərəcək. Keçid balları 30-50 bal qədər düşə bilər. Buraxılış imtahanının nəticəsi kolleclərə də, V qrupa da təsirini göstərəcək, ballar enəcək",- deyə Ramin Nurəliyev qeyd edib.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 22.04.2026
Keçid balları ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Keçid balları ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Keçid balları ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR
608282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































