“Hazırda hər hansı taksi şirkətinin açılması planlaşdırılmır”.
Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank”ın İdarə Heyətinin Sədri Fərid Hüseynov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bank rəsmisi sosial şəbəkələrdə "Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
"Birtaksi" ilə bağlı xəbərləri mənə də göndərirdilər. Belə bir niyyətimiz hələ yoxdur. Səmimi deyim ki, haradan fikirləşmişdilərsə, maraqlı idi. “Kapital Bank”ın "birbonus" xidməti çərçivəsində taksi şirkətləri ilə partnyorluğu var və o istiqamətdə əməkdaşlığımızı davam etmək niyyətindəyik".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:20 / 22.04.2026
"Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB
Hazırda oxunan: "Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB
Hazırda oxunan: "Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB
608620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































