Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

608686

Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.

Sumqayıt Sukanal İdarəsindən Bizim.Media-ya bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.
 

Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.


Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin